15:29 06-12-2010
news_image
1077
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastı dünya çempionunu geridə qoydu

Azərbaycan gimnastı Anna Qurbanova Omskda keçirilən Qalina Qorenkovanın xatirə turnirində qızıl medal qazanıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın üzvü iplə səhvsiz nümayiş etdirdiyi final hərəkətində 2010-cu ilin dünya çempionu Darya Dmitriyeva (Rusiya) və estoniyalı Yuliya Makuşinanı geridə qoyub.

Qurbanova fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqdan sonra çıxışına münasibət bildirib: “İplə nümayiş etdirdiyim hərəkət uğurla nəticələndi. Digər hərəkətlərdə bürünc medalı qazanmağa yaxın olsam da, dördüncü yeri tutdum. Mənim üçün bu yarışlar bu il üçün sonuncu olub və yaxşı ki, böyük ruh yüksəkliyi ilə keçib. Qısa fasilədən sonra məşqçim ilə növbəti mövsümə hazırlaşmağa başlayacağıq”.