16:08 06-12-2010
news_image
1201
DİGƏR NÖVLƏR

Avropa çempionumuz İtaliya A1 seriyasında

Bədii gimnastika üzrə Avropa çempionumuz Aliyə Qarayevanın İtaliya “Ritmika Pyemont”ında çıxışı uğurlu olub. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançımızın şərəfini qoruduğu klub növbəti mövsümdən A1 seriyasında çıxış edəcək. Belə ki, finalın yekunlarına əsasən, “Ritmika Pyemont” ikinci yeri tutub və növbəti il üçün güclülər seriyasında çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, yığmamızın digər üzvü – Anna Qurbanova A1 seriyasında “Komense 1872” klubunda şərəfini qoruyur.