13:22 07-12-2010
news_image
2251
DİGƏR NÖVLƏR

Yolda faciə: 8 idmançı həlak oldu

İtaliyada dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, məşq edən 8 həvəskar velosipedçi avtomobilin altında qalıblar. Lamesiya şəhərinin “Atlas” idman klubunun təmsilçisi olan idmançılar hadisə yerində həlak olublar.

Hadisəyə 21 yaşlı Mərakeş vətəndaşı Çafik Elketani səbəb olub. Narkotikin təsiri altında olan gənc sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobilini idmançılara çırpıb. Sürücülük hüququndan məhrum edilən afrikalı və yanında əyləşən 8 yaşlı balaca qızcığaz ciddi xəsarət almayıblar.

Qeyd edək ki, ölən idmançılardan ən kiçiyinin 35, yaşlısının isə 58 yaşı olub.