15:09 10-12-2010
news_image

Cüdoçularımızın “Böyük dəbilqə”də rəqibləri müəyyənləşdi

Sabah Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verən yarışda yığmamızın üzvlərinin rəqibləri müəyyənləşib.

Püşkatmanın nəticəsinə görə, dekabrın 12-də tatamiyə çıxacaq Kifayət Qasımovanın (57 kq) bəxti gətirməyib. II mərhələdən mübarizəyə qoşulacaq təmsilçimiz güclü Sabrina Filzmozer (Avstriya) və Şizuka Maki (Yaponiya) cütün qalibi ilə qarşılaşacaq. Həmin gün qüvvəsini sınayacaq Ramilə Yusubova (63 kq) ilk görüşünü amerikalı Leylani Akiyama qarşı keçirəcək. Dekabrın 12-də Elxan Məmmədov (90 kq) da nəyə qadir olduğunu nümayiş etdirəcək. O, mərhələ adlamaq üçün ingilis Uinston Qordanı yarışdan kənarlaşdırmağa çalışacaq.

Yarışın son günündə - dekabrın 13-də isə Elmar Qasımov (100 kq) gücünü yoxlayacaq. Onun rəqibi kubalı Oreidis Despeyndir.

Qeyd edək ki, 3 gün davam edəcək yarışın mükafat fondu 150 min dollardır.