16:13 13-12-2010
news_image
1320
DÖYÜŞ NÖVLƏRİ

“Milli komandada yerimi qaytaracağam” - FOTO

“Son dəfə beynəlxalq səviyyəli görüşümü 2009-cu ilin ortalarında İtaliyada keçirsəm də, hazırlığımı davam etdirirəm. Özümü nə ən yüksək formada, nə də zəif hesab edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında boks yığmamızın sabiq üzvü Elçin Əlizadə (91 kq) deyib.

Aprel ayında milli komandadan kənarlaşdırılan idmançı yenidən öz yerini bərpa edəcəyi qənaətindədir. Əlizadənin sözlərinə görə, dekabrın 23-də start götürəcək Azərbaycan çempionatına hazırlığı orta səviyyədə olsa da, heç bir rəqibindən çəkinmir: “Respublika çempionatına qatılacağam. Hazırlığım orta səviyyədədir. Çalışacağam ki, özümü yenidən sübut edim. Lakin bu yarışda pik formada olmağıma da ehtiyac yoxdur. Çünki sonra özümü “yandıra” bilərəm. İdmançı ildə 1 dəfə 95-100% hazır olur ki, mən də həmin formanı mart-aprel aylarında yığmağı planlaşdırıram. Bu aylarda “İpək yolu” beynəlxalq turnirində özümü göstərərək, dünya çempionatına yollanmaq istəyirəm. Mən öz çəkimdə rəqiblərimdən çəkinmirəm. Yığmaya düşmək üçün 91 kq çəkidə istənilən boksçu ilə martda qarşılaşmağa hazıram. Fikrimcə, milli komandada yerimi qaytaracağam”.