00:05 15-12-2010
news_image
1635
DİGƏR NÖVLƏR

İlin ən yaxşıları yenə “Buta”ya toplaşır

Gənclər və İdman Nazirliyinin ilin yekunlarına həsr etdiyi ənənəvi tədbirin vaxtı və yeri müəyyənləşib. Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun apasport.az saytına verdiyi məlumata görə, təntənəli mərasim dekabrın 20-də “Buta Palace” Konsert-Banket Kompleksində təşkil ediləcək.

Tədbirdə 2010-cu ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, idman tarixi yazarı, jurnalisti, idman nəşri və digər nominasiyaları üzrə qaliblər mükafatlandırılacaqlar.

Xatırladaq ki, ötən il də mərasim eyni məkanda olmuşdu.