19:02 17-12-2010
news_image
1136
STOLÜSTÜ OYUNLAR

Şahmatçılar mükafatlandırıldı

Bu gün Azərbaycan Şahmat Federasiyası 2010-cu ilin yekunlarına həsr olunan tədbir keçirib. Apasport.az saytının məlumatına görə, tədbir zamanı bitməkdə olan il ərzində uğurlu çıxış edən şahmatçılar mükafatlandırılıb.

Əvvəl gənclər ve yeniyetmələr arasında dünya və Avropa çempionatlarında qalib adını qazanan və mükafatçılar sırasına düşən idmançılar səhnəyə dəvət olunub. Onlara pul mükafatı verilib. Sonra Rusiyada təşkil olunan Şahmat Olimpiadasında uğurla çıxış edib 3-8-ci yerləri bölüşən qadınlardan ibarət yığmamızın üzvləri mükafatlandırılıb.

2010-cu ildə beynəlxalq qrossmeyster və hakim adını qazananların müvafiq sertifikatları da tədbir zamanı verilib. Ardınca isə komandalar arası Azərbaycan çempionatında qalib adını qazanan Nəsimi Şahmat Məktəbi öz mükafatını alıb.