00:03 18-12-2010
news_image
1463
STOLÜSTÜ OYUNLAR

“Onlar mənə bir az təkan versələr, yaxşı olar” - FOTO

“Komandamızın uğurlu çıxışı üçün əlimizdən gələni edirik. İldən ilə də şahmatımızın uğurları artır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının şahmatçısı Zeynəb Məmmədyarova deyib.

Yığmamızın lideri 2010-cu ilin yekunlarına həsr olunan tədbirdə bitməkdə olan ili dəyərləndirib: “Əvvəl Avropada 3-4-cü yerləri bölüşmüşdük, Olimpiadada 3-8-ci yerləri tutduq. Yalnız əlavə göstəricilərə görə mükafatçılar sırasına düşə bilmədik. Gələn il qitə birinciliyində ilk “üçlüy”ə düşməyə çalışacağıq. Komanda yoldaşlarım da yaxşı oynayır. Onlar mənə bir az təkan versələr, yaxşı olar. Oğlanlardan ibarət komandamız da yaxşı çıxış edir. Şahmatımız irəli gedir.”