00:37 20-12-2010
news_image
1551
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov 143-cü saniyədə nokauta düşdü - FOTO

Almaniyanın paytaxtı Berlində WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə birinci ağır çəkidə (90,7 kq) azərbaycanlı Əli İsmayılovla kubalı Xuan Pablo Ernandes arasında döyüş keçirilib. Lent.az-ın məlumatına görə, dünya çempionu tituluna rəsmən iddiaçı adına seçim xarakteri daşıyan görüş İsmayılovun məğlubiyyəti ilə nəticələnib.

12 raundluq görüşün elə ilk raundundaca nokaut qeydə alınıb. 143-cü saniyədə Ernandesin sol əllə endirdiyi zərbə o qədər güclü olub ki, peşəkar boksçumuz rinqin kəndirləri arasından çölə sıçrayıb. İsmayılov düz fotoqrafların qarşısına düşüb. Hakimlər isə kubalı boksçunun nokautla qalib gəldiyini bildiriblər.

Döyüşdən sonra Ernandes deyib: “Bu qələbə münasibətilə çox xoşbəxtəm. O qədər tez alındı ki, belə erkən qalib gələcəyimi düşünmürdüm. Start fitindən dərhal sonra tam qüvvə ilə irəli atıldım. Rəqibim isə fikirləşməyə macal tapmadı”.

Qeyd edək ki, WBA versiyası üzrə birinci ağır çəkidə hazırkı dünya çempionu panamalı Gilyermo Consdur.