11:12 20-12-2010
news_image

Boksçularımız beynəlxalq turniri 13 medalla başa vurdular

Bakıda Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnir sona çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Çin, İrlandiya və Gürcüstan yığmalarının qatıldığı turnirdə milli komandamız 3 qızıl, 1 gümüş və 9 bürünc medal qazanıb.

Bakı İdman Sarayında keçirilən yarışda boksçularımızdan Romal Yusifzadə (52 kq), İlkin Quliyev (56 kq) və Pərviz Bağırov (60 kq) bütün rəqiblərinə qalib gəliblər. Yalnız finalda məğlubiyyət acısı yaşayan Saqi Sadıqlı (69 kq) isə gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yarımfinal mərhələsini keçə bilməyən Allahşükür Xanımalıyev (49 kq), Kamran Orucov (52 kq), Alim Abbasov (56 kq), Novruzəli Əliyev (60 kq), Coşqun Əliyev (64 kq), Rauf Rəhimov (75 kq), Fəqan Hüseynov (75 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Orxan Məmmədzadə (+91 kq) isə bürünc layiq görülmüşdülər.