17:36 22-12-2010
news_image
1526
DİGƏR NÖVLƏR

Legionerlərimizin ilk uğuru - FOTO

Azərbaycanın yeni milliləşdirdiyi fiqurlu konkisürənlər – Yuliya Zlobina və Aleksey Sitnikovun yığmamızda debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, rusiyalı legionerlər Estoniyanın açıq çempionatında fərqlənməyi bacarıblar. Onlar cütlüklərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Yuliya Zlobina və Aleksey Sitnikov ölkəmizi Türkiyədə keçiriləcək Dünya Universitetlərarası Qış Oyunlarında da təmsil edəcəklər.