12:14 23-12-2010
news_image
1212
DÖYÜŞ NÖVLƏRİ

“Bizə Bakıda hər cür şərait yaradılıb” - MÜSAHİBƏ

Boks üzrə WSB Liqasında mübarizə aparan Azərbaycanın “Baku Fires” klubunun meneceri Həmzət Ağayevin müsahibəsi

- Sizin meneceri olduğunuz komanda bütün görüşlərini qələbə ilə başa vuraraq, qrupun vahid lideridir. “Baku Fires” digərlərindən uğurlu çıxış edir. Bunun sirri nədədir?
- Bütün boksçularımızı kənarda az tanıyırlar. Onlar iddialıdır, çox perspektivlidir. Komandamızın özəyini Mayamidə keçirilən təlim-məşq toplanışında qurmağımızın da böyük xeyri var. Orada ay yarım hazırlıq keçdik. Komanda üzvlərinin tək həvəskarlarla deyil, peşəkarlarla da döyüşlərdə nəyə qadir olması yoxlanıldı. Biz bu taktikanı ona görə seçdik ki, WSB döyüşlərinin qaydaları peşəkar boksa çox yaxındır. Onların əlcəklərindən istifadə olunur. Bunun nəticəsi olaraq isə adı qrupumuzun lideri sırasında hallanan Qazaxıstanın “Astana Arlans” klubu ilə görüşdə hətta məşhur idmançılar boksçularımız qarşısında tab gətirə bilmədilər. Onlar bizdən belə döyüş gözləmirdilər.

- Düzdür, çoxlarının Asiya zonasında Qazaxıstanı favorit sayırdılar. Onlarla ilk qarşılaşmada asan qələbə qazanmaq sizin üçün sürpriz oldu və ya bunu gözləyirdiniz?
- Mən “Astana Arlans” üzərində qələbəyə inanırdım. Lakin fikirləşirdim ki, 4:1 deyil, 3:2 hesabı ilə onları məğlub edə bilərik.

- Azərbaycan komandasının döyüşçüləri arasında peşəkar boksda parlaq gələcəyi olanlara inanırsınızmı?
- Məncə var. Komandada istedadlı uşaqlar həddindən artıq çoxdur. Mayamidə Osman Əliyev (69) peşəkar idmançılarla döyüşdə özünü yaxşı tərəfdən göstərdi. Çox gəncdir, cəmi 20 yaşı var. Həmçinin, 22 yaşlı Soltan Migitinov (75 kq) və 24 yaşlı super ağır çəkidə Məhəmmədrəsul Məcidov da güclü boksçulardır. Rezvan Əlimuradov da hazırlıqda yaxşı təsir bağışladı. Mayamidə azarkeşlər xüsusilə onlara baxmağa gəlirdilər. Onlardan hər biri həm Olimpiya medalına, həm də uğurlu peşəkar boksçu karyerasına iddia edə bilər.

- Pley-offa hansı komandaların çıxacağını düşünürsünüz?
- Avropa zonasında fransızlar pis irəliləmirlər. Amerika qitəsi üzrə hələ nəsə demək çətindir. Amma böyük ehtimalla Los-Anceles təmsilçisi qalib gələcək. Fikrimcə, turnirin II yarısında çox şey dəyişə bilər. Bir çox boksçu hələ də bu növə tam hazır deyil. Çünki həvəskar idmançılar burada şlemsiz mübarizə aparır ki, bu da zədələnmələrə səbəb olur. Buna hazırlaşmasan, başqa hərəkət etməyə öyrəşmək çətindir. Çünki həmin an sənə şlem kömək etməyəcək. Səhv hərəkət ciddi toqquşmaya gətirib çıxarır. İdmançıların burnu sınır. Çoxları isə yeni əlcəklər öyrəşmədiyi üçün əllərini zədələyirlər. Bir azdan bəzi komandalar heyətinin yarısını itirəcəklər. Turlar örtdükcə zədələr və məcburi əvəzetmələr nəticəsində oyun tam başqa cür gedə bilər. Buna görə də özümüz haqqında da danışmaq çox çətindir. Amma bir tərəfdən mən “Baku Fires”ə görə arxayınam.

- Maraqlıdır, kifayət qədər məşhur və populyar boksçu - ukraynalı legioner Denis Poyatska özünü Bakıda necə hiss edir?
- Çox gözəl. Bilirsiniz, bizim komandada daxili abı-hava yaxşıdır. Burada komandanın direktoru və baş meneceri Rizvan Gənciyevin əməyi böyükdür. Azərbaycan Boks Federasiyasının da vitse-prezidenti olan Gənciyev “Baku Fires”ə hərtərəfli can yandırır. Buna görə də bizdə mehriban kollektiv yaranıb. Uşaqların hamısı komandada özlərini əla hiss edirlər. Bizə Bakıda hər cür şərait yaradılıb, yaxşı baza, şərait, qidalanma təşkil edilib. Onlar bizə istədiyimiz hər şeyi verirlər. Buna görə də nəticə var. Fikrimcə, gələcəyimiz pis deyil.