14:51 25-12-2010
news_image
2338
DİGƏR NÖVLƏR

Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib

Bakı – APA. Bu gün Azərbaycan Gimnastika Federasiyasının ümumi yığıncağı keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən iclasda Federasiyanın vitse-prezidenti Altay Həsənov AGF-in 4 illik fəaliyyətinin yekunları barədə hesabat məruzəsi ilə çıxış edib.

İclasda Federasiya prezidentinin, vitse-prezidentinin, İcraiyyə Komitəsi üzvlərinin seçilməsi məsələlərinə baxılıb, yeni Nizamnamə müzakirə olunub.

Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva yenidən AGF-in prezidenti seçilib.

Altay Həsənov isə yenidən vitse-prezident, Rauf Əliyev, Rafiq Behbudov və Arif Qafarov İcraiyyə Komitəsinin üzvləri seçiliblər.