22:53 25-12-2010
news_image
1447
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionatında sürpriz

Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub. Apasport.az saytının xəbərinə görə, son ölkə kuboku yarışlarında finalda uduzmuş Samir Məmmədov (56 kq) bu dəfə mübarizəni yarımfinalda dayandırıb.

Dünya və Avropa çempionatının mükafatçısı Elnur Əliyevə 4:10 hesabı ilə uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparan Dünya çempionatının mükafatçısı Elçin Əlizadə də rinqi məğlub tərk edib. O, 2-ci raundda döyüşməkdən imtina edib.

Final görüşlərində bir çox çəki dərəcələrində gərgin mübarizənin gedəcəyi gözlənilir. 49 kq çəki dərəcəsində həlledici görüşdə gənclər arasında Dünya birinciliyinin qalibi, Sinqapur Olimpiadasının gümüş mükafatçısı Salman Əlizadə son Avropa çempionatında 2-ci yeri tutmuş Elvin Məmişzadə ilə qarşılaşacaq. 60 kq-da Sinqapur Olimpiadasının daha bir gümüş mükafatçısı Elvin İsayev milli komandanın üzvü Heybətulla Hacəliyevlə üz-üzə gələcək.