00:00 26-12-2010
news_image
3421
DİGƏR NÖVLƏR

Apasport.az ilin ən yaxşısı seçildi

İl başa çatdıqca müxtəlif təşkilatlar ənənəvi olaraq ən yaxşıların adlarını açıqlayırlar. Apasport.az saytının xəbərinə görə, ölkədə yeganə idman qurumu olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) da seçimini edib.

AİJA apasport.az-ı 2010-cu ilin yaxşı idman portalı hesab edib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilin idman xadimi seçilib. Avrokuboklarda inamlı çıxış edən “Qarabağ” ilin komandası, bu komandanın baş məşqçisi Qurban Qurbanov isə ilin məşqçisi olub.

2010-CU İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN JURNALİSTİ
İdman qəzetləri üzrə: Kamran Hacı - «İdman»
İctimai-siyasi qəzetlər üzrə: Rizvan Cəfərov - «Azərbaycan»
Rus dilində çıxan qəzetlər üzrə: Rüstəm Piriyev - «Exo»
Uşaq qəzetləri üzrə: Akif Quliyev (Aslan)
Bölgə qəzetləri üzrə: Namizəd Əliyev - «Suqovuşan» (Sabirabad)
Jurnallar üzrə: Saleh Salahzadə - «Sportsman»
Televiziya: Emin Abbasov - «Xəzər» TV
Radio: Vaqif Ağayev - Azərbaycan Radiosu
İdman mövzusunda yazılan kitablara görə: Hənifə Qurbanov

İLİN TELEVİZİYA REJİSSORU (İDMAN ÜZRƏ)
Mehman Mürsəlov - «Lider» TV

İLİN İDMAN FOTOREPORTYORU
İslam Atakişiyev - müstəqil fotoreportyor

İLİN QƏZETİ
İdman qəzeləri arasında: «Olimpiya dünyası»
Futbol qəzetləri arasında: «Futbol+»
Rəsmi qəzetlər arasında: «Azərbaycan»
İctimai-siyasi qəzetlər arasında: «525-ci qəzet»
Rus dilində çıxan qəzetlər arasında: «Kaspi»

İLİN JURNALI
İdman jurnalları arasında: «Sportsman»
Uşaq jurnalları arasında: «Toplu Bakı»

İLİN İDMAN TELEKANALI
Respublika telekanalları arasında: İctimai Televiziya
Bölgə telekanalları arasında: Naxçıvan Dövlət Televiziyası

İLİN İDMAN RADİOSU
Naxçıvan Radiosu

İLİN İDMAN MƏTBUAT XİDMƏTİ
Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti

İLİN İNTERNET PORTALI
İdman saytları arasında: «APASPORT»
İnformasiya saytları arasında: «DAY.AZ»

İLİN İDMANI İŞIQLANDIRAN ƏN YAXŞI İNFORMASİYA AGENTLİYİ
AzərTAC

2010-CU İLİN İDMAN XADİMİ
Çingiz Hüseynzadə

İLİN İDMANÇISI (qadınlar)
1. Aliyə Qarayeva - gimnastika
2. Sona Əhmədovli - güləş
3. Kifayət Qasımova - cüdo

İLİN İDMANÇISI (kişilər)
1. Həsən Əliyev - güləş
2. Xetaq Qazyumov - güləş
3. Rəfael Ağayev - karate

İLİN KOMANDASI
1. «Qarabağ» - futbol
2. «Rabitə» - voleybol (qadınlar)
3. Şahmat üzrə mili komanda

İLİN MƏŞQÇİSİ
1. Qurban Qurbanov - futbol («Qarabağ» FK)
2. Elçin Əliyev - basketbol
3. Dinara Gimatova - gimnastika

İLİN İDMAN HAKİMİ
1. Əjdər Cəfərov - güləş
2. Vahid Nəzərov - ağırlıqqaldırma
3. Cahangir Babayev - karate

İLİN İDMAN AZARKEŞİ
Ağadadaş Ağayev