10:42 27-12-2010
news_image
1451
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun rəqibləri müəyyənləşdi

Sabah İtaliyanın Redjio-Emiliya şəhərində beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Vüqar Həşimov (2719) təmsil edəcək.

Qrossmeysterimiz Vasili İvançuk (Ukrayna, 2754), Sergey Movsesyan (Slovakiya, 2723), David Navara (Çexiya, 2722), Aleksandr Morozeviç (Rusiya, 2700), Fabiano Karuana (İtaliya, 2700), Françesko Pons (İspaniya, 2697), Naycel Şort (İngiltərə, 2690), Aleksandr Onisçuk (ABŞ, 2688) və Mixel Qodena (İtaliya, 2551) ilə qüvvəsini sınayacaq.

Qaliblər 9 turun yekununa əsasən müəyyənləşəcək və qrossmeysterlər yalnız yanvarın 1-də istirahət edəcəklər.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə 17:30-da start götürəcək.