13:55 27-12-2010
news_image
1274
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionunu barda bıçaqladılar

Moskvada keçirilmiş güləş üzrə son dünya çempionatının qalibi Mixail Qanev (84 kq) xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin yekunlarına əsasən Bolqarıstanda II yerə layiq görülən idmançı Qabrovada şəhərin mərkəzindəki barlarından birində bıçaqlanıb. Onun qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurulub. Hadisə zamanı Mixailin qardaşı Petr də xəsarət alıb.

Hadisədən sonra cinayətkar saxlanılıb. Hadisənin səbəbləri hələ bilinmir. Hazırda 24 yaşlı Qanev Qabrova xəstəxanasında əməliyyat şöbəsindədir və həyatı təhlükə altındadır.