16:28 27-12-2010
news_image
1176
DÖYÜŞ NÖVLƏRİ

Yevgeni Kotov rəsmən Azərbaycan yığmasında!

Rusiyalı mütəxəssis Yevgeni Kotovun Azərbaycan yığmasına baş məşqçi təyinatı rəsmiləşib. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, WSB (Ümumdünya Boks Seriyası) Liqasında mübarizə aparan “Baku Fires” klubunu da çalışdıran Kotovla 2 illik müqavilə imzalanıb.

Onun qarşısına əsas vəzifə kimi 2012-ci ildə London Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmaq tapşırığı qoyulub. Kotov, həmçinin yığmamızın Olimpiadada medal qazanmasına da cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Yevgeni Kotovun rəhbərliyi altında “Baku Fires” WSB Liqasında indiyədək keçirdiyi hər 4 görüşdə qələbə qazanıb.