17:12 28-12-2010
news_image
1502
DİGƏR NÖVLƏR

Atçılıq Federasiyası hərrac keçirir

Azərbaycan Atçılıq Federasiyası 2011-ci ilin yanvarında at hərracı təşkil edəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə məlumatı federasiyanın baş katibi Bəhruz Nəbiyev verib.

O bildirib ki, artıq auksiona çıxarılmaq üçün 50 atın bütün sənədləri hazırdır: “Gələn ilin başlanğıcında yeni layihə həyata keçirəcəyik. Həvəskarlar üçün 50 atı hərraca çıxaracağıq. Onların bütün sənədləri hazır olsa da, hələ ilkin qiymətləri barədə dəqiq məlumat verə bilmərəm. Bu auksionun keçirilməsinə az müddət qalmış müəyyənləşəcək”.

Nəbiyevin sözləri görə, 2011-ci ildə totalizator oyunları da keçirilə bilər: “Yeni nizamnaməmizdə totalizatorların da fəaliyyəti də nəzərdə tutulub. Amma buna nə vaxt başlayacağımızı dəqiq bilmirəm. Biz bu prosesə start verdikdə Azərbaycan çempionatlarına da variantlar qəbul ediləcək”.