17:26 29-12-2010
news_image
1617
STOLÜSTÜ OYUNLAR

İlk gəncəli qrossmeyster - FOTO

Azərbaycanda beynəlxalq qrossmeysterlərin sayı 18-ə çatıb. Azərbaycan Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bakıda keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq turnirin yekununa əsasən daha 2 zəka sahibimiz - Nicat Abasov və Vüqar Rəsulov beynəlxalq ad üçün normativi yerinə yetiriblər.

Abasov qrossmeyster adı almaqla yanaşı, Gəncənin tarixinə də düşüb. O, ölkəmizin II böyük şəhərində bu titula yiyələnmiş ilk şahmatçı olub.