18:10 29-12-2010
news_image
2171
STOLÜSTÜ OYUNLAR

Şahmat tarixində yeni rekord

Şahmat yarışlarında yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu yenilik Hindistanın Əhmədabad şəhərində keçirilən turnirdə qeydə alınıb.

Belə ki, dünya çempionu Vişvanatan Anandın da qatıldığı yarışda nə az, nə çox - 20 min 483 nəfər şahmatçı mübarizə aparıb ki, bu da yeni rekord kimi tarixə düşüb. Artıq yarış təşkilatçıları bunun bağlı “Gennesin rekordlar kitabı”na düşməsi üçün müraciət də ediblər.

Qeyd edək ki, indiyə kimi ən çox zəka sahibi Meksikada keçirilən turnirdə qeydə alınmışdı. 2006-cı ildə olan bu yarışda 13 min 446 şahmatçı qüvvəsini sınamışdı.