Yığmamızın sabiq kapitanı Asiya çempionu oldu - FOTO
Şahmat üzrə kişilərdən ibarət Azərbaycanın yığmasının sabiq kapitanı Zurab Azmayparaşvili Asiya açıq çempionatının qalibi olub. Apasport.az saytının məlumatına görə, gürcü mütəxəssis bu titula Sinqapur komandasının heyətində layiq görülüb.
O, “qıyıqgözlər”lə mübarizədə 9 oyundan 6,5 xal toplayaraq, qızıl medala sahib olub.
Qeyd edək ki, Azərbaycan yığması 2009-cu ildə Zurab Azmayparaşvilinin rəhbərliyi altında Avropa çempionu adını qazanıb. Lakin bu il Rusiyada keçirilən Olimpiadada milli komandamızın 12-ci yeri tutması kapitanın vəzifəsindən kənarlaşdırılması ilə nəticələnib.