16:23 05-01-2011
news_image
1076
DÖYÜŞ NÖVLƏRİ

2011-ci ilin ən mötəbər yarışı Bakıda

AİBA 2011-ci ildə keçiriləcək yarışların təqvimini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, ilin ən önəmli turniri Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatıdır.

2012-ci ildə təşkil ediləcək London Olimpiadasına lisenziya xarakterli yarış sentyabrın 22-dən oktyabrın 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.
Yeniyetmələr və gənclər arasında qadınlar arasında dünya çempionatına isə Türkiyənin Antalya şəhəri ev sahibliyi edəcək. Həmin yarış aprelin 28-dən mayın 8-ə kimi keçiriləcək. Yeniyetmələr arasında Dünya çempionatı isə iyulun 20-dən 31-ə kimi Qazaxıstanın Astana şəhərində baş tutacaq.

Avropa Həvəskar Boks Federasiyasının (EUBC) təqvimində də Bakıda təşkil olunacaq bir sıra yarışlar öz əksini tapıb.

8-13 mart
İpək Yolu turniri (böyüklər arasında)

9-15 may
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir (yeniyetmələr)

7-12 dekabr
Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnir (gənclər)