00:08 07-01-2011
news_image
1968
STOLÜSTÜ OYUNLAR

2011-ci ildə ilk qalibimiz - FOTO

İtaliyanın Redjio-Emiliya şəhərində keçirilən beynəlxalq şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Vüqar Həşimov (2719) 2011-ci ilə uğurla başlayıb.

Belə ki, 9 turdan 6 xal toplayan qrossmeysterimiz turnirin qalibi adını qazanıb. İspaniyalı Fransisko Valyexo da həmyerlimizlə eyni xal yığsa da, əlavə göstəricilər görə II yeri tutub. Onlardan 1 xal geri qalan Vasili İvançuk (Ukrayna, 2754), Sergey Movsesyan (Slovakiya, 2723) və David Navara (Çexiya, 2722) isə 3-5-ci yerləri bölüşüblər.

Qeyd edək ki, yarışda 10 zəka sahibi mübarizə aparırdı.