15:28 10-01-2011
news_image
1023
DÖYÜŞ NÖVLƏRİ

Ukrayna yığması Bakıya 7 cüdoçu ilə gəlir

Yanvarın 15-16-da Bakıda keçiriləcək usta cüdoçuların turnirində mübarizə aparacaq Ukrayna yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, postsovet məkanın təmsilçisi Azərbaycana 7 idmançı ilə gələcək. Bunlardan 4-ü kişi, 3-ü isə qadındır.

Ukrayna yığmasının heyətində Georgi Zantanya (60 kq), Sergey Drebot (66 kq) Vladimir Soroka (73 kq), Stanislav Bondarenko (+100 kq), Marina Prişepa, Anastasiya Matrosova (hər ikisi 78 kq) və Marina Prokofyeva (+78) yer alıblar.

Qeyd edək ki, London-2012-yə lisenziya xalı verəcək usta cüdoçuların turnirində hər çəkidə reytinqinə görə dünyanın 16 ən güclü idmançısı tatamiyə çıxacaq.