17:10 10-01-2011
news_image
1166
DÖYÜŞ NÖVLƏRİ

Yevgeni Kotov: Bütün diqqətimi yığmaya yönəldəcəyəm

“Bundan sonra bütün diqqətimi Azərbaycan yığmasına yönəldəcəyəm. Çünki qarşıda bizi gərgin yarışlar gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə milli komandamızın baş məşqçisi Yevgeni Kotov deyib.

Yığmamıza az öncə yeni baş məşqçi təyin edilən dağıstanlı mütəxəssis WSB Liqasında mübarizə aparan “Baku Fires”də eyni postla vidalaşıb. O, bildirib ki, 2 komandada işləmək çox çətindir: “Bu gündən Azərbaycan yığması ilə hazırlıqlara başlamışıq. Bunun üçün “Baku Fires”i yanvarın 15-də Çinin “Bejing Dragons” komandası ilə görüşə başqa məşqçi çıxaracaq. Mən demək olar ki, artıq onlarla vidalaşmışam. Çünki 2 yerdə çalışmaq çox çətindir. İnanıram ki, paytaxt klubunun sükanı arxasına keçəcək yeni çalışdırıcı komandanın uğurlarını davam etdirəcək. Mən isə bütün diqqətimi yığmaya yönəldəcəyəm”.

Xatırladaq ki, boksçularımızın Yevgeni Kotovun rəhbərliyi altında ilk hazırlığı Balakən Olimpiya İdman Kompleksində 15 gün davam edəcək.