14:07 12-01-2011
news_image

Bakıda olimpiadaya seçim xarakterli seminar start götürür

Yanvarın 14-də Ümumdünya Taekvondo Federasiyasının (WTF) Hakimlər Komitəsi Bakıda hakimlərin seçim seminarını keçirəcək. Lent.az-ın məlumatına görə, tədbirə Afrika və Avropadan olan 100-dək hakim, o cümlədən Azərbaycan Taekvondo Federasiyasının 7 beynəlxalq dərəcəli hakimi - Oh Kvanq Çeol, Elşən Quliyev, Etibar İbrahimov, Elşad Məmmədov, Ramal Camalov, Gündüz Abdullayev və Ramal Əsgərov dəvət olunub.

Dörd gün davam edəcək seminarda iştirak üçün WTF-nin Hakimlər Komitəsinin sədri Şakir Çelbat, İdman Komitəsinin sədri Filipp Boedo və digər rəsmilər də təşrif buyuracaqlar.

Seminar nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissə “Qafqaz Point” otelində, praktiki hissə isə Heydər Əliyev adına İdman – Konsert kompleksinin 2-ci zalında keçiriləcək.