09:59 13-01-2011
news_image
1204
DİGƏR NÖVLƏR

Paytaxtımızda 69 min avroluq turnir

Sabah “Sərhədçi” Atçılıq Mərkəzində 2011-ci ilin ilk yarışına start veriləcək. Apasport.az saytının məlumatına görə, atçılığın konkur növü üzrə keçiriləcək Dünya kubokunun təsnifat mərhələsində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Bolqarıstan çaparları mübarizə aparacaqlar. 2 ulduzlu yarışda 13 idmançı 21 atla öz məharətini göstərəcək.

Qeyd edək ki, 3 gün davam edəcək Dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 69 min avrodur.