10:41 20-01-2011
news_image
1466
STOLÜSTÜ OYUNLAR

Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar müəyyənləşdi

Şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Türkan Məmmədyarova qazanıb. O, bu titula əlavə görüşdən sonra sahib olub. Belə ki, 11 turun nəticəsinə əsasən bacısı Zeynəblə eyni xal (8,5) toplayan Türkan həlledici qarşılaşmada yığmamızın liderini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üçüncü yerə isə 8 xal toplayan Gülnar Məmmədova layiq görülüb.

Qeyd edək ki, çempionatın ilk 2 pilləsində yer alan Türkan və Zeynəb Məmmədyarova bacıları martın 1-19-da Türkiyədə keçiriləcək şəxsi Avropa çempionatına vəsiqə də əldə ediblər.