11:55 20-01-2011
news_image
1449
STOLÜSTÜ OYUNLAR

12 zəka sahibi 10 min manat uğrunda

Sabah kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının məlumata görə, yığmamızın liderlərinin qatılmayacağı yarışda 12 zəka sahibi mübarizə aparacaq. Dairəvi sistemlə keçiriləcək və mükafat fondu 10 min manat təşkil edəcək çempionatda artıq I turda qarşılaşacaq şahmatçılar müəyyənləşib. Püşkatmanın nəticəsinə görə, cütlüklər belədir:

Orxan Abdulov (2344) - Rüfət Bağırov (2471)
Vasif Durarbəyli (2504) - Fərid Abbasov (2537)
Nicat Məmmədov (2580) - Vüqar Rəsulov (2483)
Zaur Məmmədov (2443) - Loğman Quliyev (2464)
Ülvi Bacarani (2393) - Azər Mirzəyev (2563)
Qədir Hüseynov (2591) - Nicat Abasov (2486)

Qeyd edək ki, oyunlar hər gün saat 14.30-da Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçiriləcək.