11:32 24-01-2011
news_image
1953
DİGƏR NÖVLƏR

7 qat Azərbaycan çempionunu öldürənlər tutulub

Yanvarın 22-də saat 01:00 radələrində Bakıda Samir Ağayevi baltalayaraq öldürən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində S.Ağayevin paytaxt sakinləri Rasim Mirzəyev və Nemət Cəfərov tərəfindən öldürüldüyü məlum olub.

Bakı şəhər BPİ CAİ, Yasamal RPİ CAŞ, Sabunçu RPİ CAŞ və 13-cü PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən hər iki şəxs tutulub.

Qeyd edək ki, qətlə yetirilən Samir Ağayev karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionudur. O, Böyük Qafqaz dağlarındakı Heydər Əliyev zirvəsinə çıxan ilk şəxs kimi də tarixə düşüb.

Araşdırma aparılır.