17:16 24-01-2011
news_image
1464
DİGƏR NÖVLƏR

“APA Group”a daxil olan saytların yeni nəsil cihazlar üçün mobil versiyası hazırlanıb

“APA Group”a daxil olan bütün saytların mobil versiyası hazırlanıb. APA-nın İT Departamenti tərəfindən hazırlanmış mobil versiyalar vasitəsilə saytlardan yeni nəsil cihazlar vasitəsilə istifadə etmək daha asan və rahat olacaq.

m.apa.az, m.lent.az, m.vesti.az, m.apasport.az saytları İpad, İphone, Symbion, BlackBerry, Android və s. yeni nəsil cihazlarında istifadəyə tam uyğunlaşdırılıb.

Saytları bütün dillər üzrə yeni nəsil cihazlardan izləmək mümkün olacaq.

Bu cihazlar vasitəsilə saytlardan istifadə edənlər istər yüklənmə həcmi, istərsə də sürət baxımından daha əlverişli xidmətdən yararlana biləcəklər.

Qeyd edək ki, “APA Group”a daxil olan Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaradılıb. Agentliyin www.apa.az saytı Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində fəaliyyət göstərir. Agentliyin saytı müasir İT texnologiyasının bir çox uğurlarından yararlanıb. Saytda istifadəçilərin kredit kartlar vasitəsilə xəbər almaları, abunəçilərə on-line xəbər xidməti göstərmək mümkündür.

Apasport Agentliyi 2007-ci ildə yaranıb. Azərbaycanda fəaliyyətə başlayan ilk idman agentliyidir. Agentliyin apasport.az saytı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu sayt idman hadisələrinin on-line yayımlanmasına daha çox diqqət ayırır və idman ictimaiyyətinin ən çox rəğbət bəslədiyi saytlardandır. Agentlik bir neçə dəfə idmana məsul qurumlar tərəfindən “ilin agentliyi” nominasiyasının qalibi olub.

“Lent.az” İnformasiya Agentliyi 2008-ci ildə yaranıb. www.lent.az Azərbaycan dilində ən çox oxunan xəbər saytıdır.

“Vesti.az” İnformasiya Agentliyi 2009-cu ildə yaradılıb. Vesti.az rus dilində fəaliyyət göstərir və regiondakı rusdilli saytlar arasında xüsusi reytinqi olan xəbər, araşdırma saytlarından biridir.