10:48 25-01-2011
news_image
1171
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Gürcüstana 20 idmançı ilə yollanır

Yanvar 29-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə kişilər arasında Dünya kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda milli komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında 20 cüdoçumuz qüvvəsini sınayacaq.

Səfərə yığmamızın üzvlərindən İlqar Müşkiyev, Vüqar Şirinli, Asim Xələfov, Rasim Əsədullayev (hamısı 60 kq), Tərlan Kərimov, Sərxan Əhmədov, Rüstəm Orucov, Emil Həsənov (hamısı 66 kq), Ramil Qasımov, Elnur Əhmədli, Renat Mirzəliyev, Nadir Babayev (hamısı 73 kq), Rüstəm Alimli, Seymur Rzazadə, Elxan Rəcəbli, Tural Səfquliyev (hamısı 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov, Kənan Nağıyev (hər üçü 90 kq) və Şahin Məmmədov (100 kq) yollanacaqlar.

Qeyd edək ki, Dünya kubokunda fərqlənəcək idmançılar London-2012-yə lisenziya xalları qazanacaqlar.