13:35 28-01-2011
news_image
1213
DİGƏR NÖVLƏR

Olimpiya çempionunun qızıl medalı oğurlandı

Almaniya Olimpiya çempionu Tristan Qaysler qarət olunub. Apasport.az saytının məlumatına görə, skeletonçunun oğurlanan əşyaları arasında 2002-ci ildə Qış Olimpiadasında qazandığı qızıl medal da olub. Bundan əlavə, Tristanın nişan üzüyü və daha bir neçə şəxsi əşyası da oğurlanıb. Qaysler polisə müraciət etsə də, oğrular hələ tapılmayıb. Əgər polislər yaxın vaxtda medalı tapmasalar, çox güman, onun dublikatı çıxarılacaq.