17:47 29-01-2011
news_image
1578
DİGƏR NÖVLƏR

Ukrayna və rusiyalı idmançılar Azərbaycan çempionatından məmnun qalıblar

“Azərbaycanın açıq çempionatı çox yüksək səviyyədə təşkil olunub. Etiraf edim ki, karyeram ərzində belə təşkilatçılıqla nadir hallarda rastlaşmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri buza dırmanma üzrə Rusiya yığmasının üzvü Murad Qayçiyev deyib.

O, qatıldığı açıq Azərbaycan çempionatının səviyyəsindən məmnun qalıb: “Təbii ki, istənilən idmançı belə yarışda iştirak etmək istəyər. Gələcəkdə də Azərbaycanda keçiriləcək turnirlərə gəlmək istərdim”.

Qayçiyevin ukraynalı həmkarı Vladimir Qaydu da onun fikirləri ilə razılaşıb: “Təşkilatçılıq yüksək səviyyədədir. Rəqabət isə öz yerində. Sizin elə idmançılarınız var ki, onlarla mübarizə aparmaq da çətindir. İnanıram ki, tezliklə onlar beynəlxalq arenada özlərindən söz etdirəcəklər”.