12:20 30-01-2011
news_image
1441
DÖYÜŞ NÖVLƏRİ

Həm Bakıda, həm Sofiyada

Türkiyənin İstanbul şəhərində AİBA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasın gündəliyinə daxil edilən ən önəmli məsələ boks üzrə böyüklər arasında Avropa çempionatını təşkil edəcək ölkəni müəyyənləşdirmək olub.

İki ölkə - Bolqarıstan və Türkiyə məsul yarışı qəbul etmək üçün namizədliklərini irəli sürüblər. Gizli səsvermə nəticəsində Bolqarıstan 6, Türkiyə isə 4 səs qazanıb. Nəticədə, 2011-ci ildə Avropa çempionatı iyunun 10-dan 19-a kimi Sofiyada keçiriləcək.

Qeyd edək ki, AİBA-nın təqviminə əsasən qitə çempionatı 2 ildən bir keçirilir və növbəti yarış 2012-ci ildə olmalı idi. Ancaq növbəti il Olimpiya oyunları təşkil olunacağından qitə miqyaslı yarışlar 2011-ci ilə çəkilib. Bu il Dünya çempionatına isə Bakı ev sahibli edəcək.