10:04 31-01-2011
news_image
1065
DÖYÜŞ NÖVLƏRİ

Müşkiyev və Rəcəbli yığmamızı 5-ci etdi

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kişi cüdoçular arasında Dünya kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 20 idmançı ilə qatılan Azərbaycan yığması Vətənə 1 qızıl və 1 bürünc qayıdıb.

Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, yarımfinal səddini aşa bilməyən Elxan Rəcəbli (81 kq) bürünc medalla kifayətlənib. Hər 2 cüdoçumuz həmçinin müvafiq olaraq, 100 və 40 lisenziya xalına da sahib olublar.

Digər cüdoçularımızdan Ramin Qurbanov (90 kq) 5-ci, Şahin Məmmədov (100 kq) isə 7-ci olublar.

Qeyd edək ki, 22 ölkənin mübarizə apardığı Dünya kubokunda Azərbaycan komanda hesabında 5-ci yeri tutub. Yığmamızdan əvvəlki yerlər Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan millilərinə qismət olub.