16:34 31-01-2011
news_image
1267
DÖYÜŞ NÖVLƏRİ

Kamaləddin Heydərov: Ümidvaram ki, qonaqlar Azərbaycanın inkişafı ilə tanış olacaqlar

“Azərbaycan son illər bir çox mötəbər yarışlara ev sahibliyi edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyası (ABF) prezidenti Kamaləddin Heydərov deyib.

O, bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və ABF arasında müqavilənin imzalanması mərasimində çıxış edib: “Bu dünya çempionatı da belə bir yarışdır. Ümidvaram ki, qonaqlar həm Azərbaycanın inkişafı ilə tanış olacaqlar, dincələcəklər”.


Qeyd edək ki, dünya çempionatı sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək.