09:39 01-02-2011
news_image
1848
STOLÜSTÜ OYUNLAR

Nicat Məmmədov Azərbaycan çempionu oldu

Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçirilən kişilər arasında Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 12 iştirakçının dairəvi sistemlə qüvvəsini sınadığı yarışın qalibi adını Nicat Məmmədov qazanıb. Beynəlxalq qrossmeyster 11 turdan 8 xal toplayaraq qızıl medallara sahib olub.

Fəxri kürsünün II pilləsinə Rüfət Bağırov yüksəlib. O, çempiondan 1 xal az toplayıb. İlk “3-lüyü” isə 6,5 xala malik Qədir Hüseynov qapayıb. Yarışın reytinq-favoriti Vasif Durarbəyli və Azər Mirzoyevlə eyni xal yığsa da, əlavə əmsallara görə rəqiblərini üstələyib.
Qaliblərin mükafatlandırma mərasimi bu gün Mərkəzi Bankda keçiriləcək.

Qeyd edək ki, çempionatda ölkəmizin aparıcı zəka sahibləri - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov mübarizə aparmayıblar.