15:38 01-02-2011
news_image
1313
DÖYÜŞ NÖVLƏRİ

Amerikalı boksçunun debütü ölümlə nəticələndi

ABŞ-dan olan ağır çəkili boksçu Entoni Consun peşəkar rinqdə debütü faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Kvinsi Palmera ilə döyüş Cons üçün sonuncu olub. Rəqibinə nokautla məğlub olan 28 yaşlı boksçu ertəsi günü xəstəxanada vəfat edib.

İkinci raundda nokauta düşən idmançının nədən öldüyü araşdırılır. Onun aldığı güclü zərbədən vəfat edib-etmədiyi dəqiqləşdirilir. Ehtimal olunur ki, idmançı rinqə tam sağlam deyil, problemlərlə çıxıb.

Qeyd edək ki, faciəli döyüşün qalibi də təcrübəsiz boksçudur. Palmera peşəkar rinqdə yalnız 2-ci döyüşünü keçirib.