17:53 01-02-2011
news_image
1951
STOLÜSTÜ OYUNLAR

Türkan Məmmədyarova söz verdi

“Bizim qız şahmatçılar ilbəil güclənirlər. Bu il də yarış çox gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri şahmat üzrə son Azərbaycan çempionatının qalibi Türkan Məmmədyarova deyib.

Bu gün keçirilən ölkə birinciliyinin qaliblərinin mükafatlandırma mərasimində çıxış edən Məmmədyarova bildirib ki, bu uğuru davam etdirməyə çalışacaq: “Şahmatçılarımız nəticələrini yaxşılaşdırıblar. Azərbaycan çempionatında bu özünü göstərdi. Biz qızlar bir yerdə ötən il də yaxşı çıxış etdik. Ümid edirəm ki, bu il keçəcək Avropa çempionatında daha gözəl nəticələr göstərəcəyik”.