17:16 07-02-2011
news_image
1509
STOLÜSTÜ OYUNLAR

“Kramnikin Rəcəbova qalib gəlmək şansı yüksəkdir”

“İddiaçıların görüşünün püşkatmasından narazıyıq. Püşk yarışda Rusiyanı təmsil edəcək şahmatçılarımız - Vladimir Kramnik və Aleksandr Qrişuk üçün uğurlu olmayıb. Çünki onlar finaldan öncə bir-birini sınağa çəkəcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Şahmat Federasiyasının İdarə Heyətinin sədri İlya Levitov deyib.

O bildirib ki, həmyerliləri turnirin I mərhələsində qalib gəldikləri halda, yarımfinalda görüşəcəklər. Levitovun sözlərinə görə, sabiq dünya çempionu Kramnikin 1/4 finalda azərbaycanlı Teymur Rəcəbovu məğlub etmək şansı yüksəkdir: “Kramnik və Qrişukun üçün ilk oyunlar elə də asan olmayacaq. Amma onların potensialları imkan verir ki, yarışda uğurlu çıxış etsinlər. Yəni növbəti mərhələyə çıxmaq üçün hər 2 zəka sahibimizin yaxşı şansı var”.

Xatırladaq ki, mayın 3-27-də Kazanda keçiriləcək iddiaçıların görüşündə digər cütlüklərdə Vaselin Topalov (Bolqarıstan) Qata Kamski (ABŞ) ilə, Levon Aronyan (Ermənistan) Aleksandr Qrişukla (Rusiya), Boris Gelfand (Rusiya) isə Şəhriyar Məmmədyarovla (Azərbaycan) qarşılaşacaq.