11:34 08-02-2011
news_image
1548
DİGƏR NÖVLƏR

Qış Olimpiya Oyunlarında şok

Türkiyənin Ərzurum şəhərində keçirilən tələbələrin Qış Olimpiya Oyunları qalmaqalla yekunlaşıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışın son günündə intihar qeydə alınıb.

Yarışda mübarizə aparan Çexiya yığmasının üzvü özünü öldürməyə cəhd edib. O, çoxlu sayda dərman qəbul etsə də, son anda xəstəxanaya çatdırılıb. Adı mətbuatdan gizli saxlanılan idmançının həyatı hələ təhlükədədir.

Onun intihar etməsi isə sevgilisinin yarış zamanı atletdən ayrılması və özünə yeni oğlan tapmasıdır.