14:05 14-02-2011
news_image
1033
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov üçün polşalı rəqib

Peşəkar boksçumuz Əli İsmayılovun növbəti rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ağır çəkili idmançımız polşalı Dmitri Suxotski ilə qarşılaşacaq.

Martın 11-nə təsadüf edəcək döyüş Polşada baş tutacaq. Reytinq xalı baxımından böyük əhəmiyyət kəsb edəcək görüş İBO versiyası üzrə keçiriləcək və 12 raunddan ibarət olacaq.

Xatırladaq ki, İsmayılov son döyüşündə kubalı Xuan Pablo Ernandesə nokautla uduzmuşdu.