00:09 17-02-2011
news_image
1175
STOLÜSTÜ OYUNLAR

Uğurlu start

İranın Rəşt şəhərində şahmat üzrə ənənəvi "Xəzər kuboku-2011"-ə start verilib. Apasport.az saytının xəbərinə görə, turnirin startı yarışa böyük heyətlə qatılan Azərbaycan yığmasının bir neçə oyunçusu üçün uğurlu olub.

Belə ki, ilk turda yerli şahmatçı Əli Fəqirnovazani üzərində ilk qələbəsini qeyd edən həmyerlimiz Azər Mirzəyevin ardından digər şahmatçılarımız - Vüqar Rəsulov, Fərid Abbasov, Anar Allahverdiyev və Ayaz Məmmədov da qələbə sevincini yaşayıb.