10:19 17-02-2011
news_image
1111
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız Rusiyadan əliboş qayıdırlar

Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open” turnirinin B divizionunun qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan 3 zəka sahibimizdən heç biri fəxri kürsüdə yer almayıb.

Şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli (2504) göstərib. 9 görüşdən 5,5 xal toplayan həmyerlimiz 20-ci yeri tutub. Onun komanda yoldaşı Ülvü Bacarani (2393) 4,5 xal toplayıb ki, bu da təmsilçimizin 59-cu olması üçün kifayət edib. Xanım şahmatçımız Gülnar Məmmədova (2284) isə “Aeroflot Open”i 4 xalla 65-ci pillədə başa vurub.

Qeyd edək ki, ilk “3-lükdə” aktivində 7 xalları olan Tiqran Kotanjyan (Ermənistan), Darvin Laylo (Filippin) və Nikolay Kabanov (Rusiya) qərarlaşıblar.