10:25 17-02-2011
news_image
2127
DİGƏR NÖVLƏR

Tennisçi yerə sərildi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən nüfuzlu tennis turnirində xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, mükafat fondu 2,05 milyon dollar olan yarışın 3-cü mərhələsində danimarkalı Karolin Voznyatski ilə görüşən Anna Çakvetadze oyun zamanı yerə yıxılıb. Birinci setdə 1:6 hesabı ilə uduzan gürcü idmançı 2-ci setdə 5:2 öndə olduğu vaxt huşunu itirərək yerə sərilib.

Təxminən 5 dəqiqəlik ilk tibbi yardımdan sonra o, ətrafındakıların köməyi ilə öz stuluna yaxınlaşıb. Tibbi taym-aut götürən Anna 15 dəqiqədən sonra korta qayıdaraq növbəti geymi uduzub. Bundan sonra isə oyunu davam etdirməkdən imtina edib.