12:48 17-02-2011
news_image
1099
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın səfəri baş tutmadı

Sambo üzrə milli komandamız Belarusda keçirilən beynəlxalq turnirə qatılmaqdan imtina edib. Bu barədə apasport.az saytına məlumatı yığmamızın baş məşqçisi Mübariz İbrahimov verib.

Onun sözlərinə görə, yarışa yollanmamaq təqvim dəyişikliyi ilə bağlı olub: “Biz bu turnirdə iştirakımızı təsdiqləmişdik. Lakin son anda təşkilatçılar təqvimdə dəyişiklik etdilər. Fevralın 23-25-də keçirilməli olan yarışa bu gün start verdilər. Bu isə bizə problem yaratdı. Çünki biz Belarusa getmək üçün vaxtımız qalmamışdı. Bu səbəbdən də turnirə yollanmamağı qərara aldıq”.

Qeyd edək ki, analoji yarışda dünyanın 20-dən çox aparıcı ölkəsi mübarizə aparacaq.