14:27 17-02-2011
news_image
1584
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli reytinq cədvəlində yenidən irəlilədi

Beynəlxalq Cüdo Federasiyası fevral üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni açıqlanan siyahıda milli komadamızın üzvlərindən İlqar Müşkiyev (60 kq) və Elnur Məmmədli (81 kq) mövqelərini yaxşılaşdırıblar.

Ən böyük irəliləyişə Müşkiyev nail olub. Aktivində 332 lisenziya xalı olan cüdoçumuz 10 rəqibini qabaqlayaraq, 23-cü pilləyə qalxıb. Ötən ay 36-cı yerdən 12-ci yerə yüksələn Olimpiya çempionumuz Məmmədli bu dəfə 1 pillə irəliləyib. O, 608 lisenziya xalına malikdir.

Komanda yoldaşlarından fərqli, Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq), Elmar Qasımov və Ramilə Yusubova (63 kq) yerlərində sayıblar. Onlar müvafiq olaraq, 456 xalla 16-cı, 286 xalla 30-cu, 314 xalla 26-cı və 234 xalla 23-cü yerdədirlər.

Yığmamızın lideri Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) isə 1 pillə geriləyiblər. Məmmədov (1072 xal) 4-cü, Qasımova isə (392 xal) 20-ci yerdə qərarlaşıb.