18:29 17-02-2011
news_image
1651
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov həm çempionluq, həm 10 min avro qazandı

Rusiyanın paytaxtı Moskvada şahmatın blits növü üzrə keçirilən dünya çempionatının seçmə yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 9 turdan ibarət yarış Azərbaycan yığması üçün uğurla başa çatıb.

35 min avro mükafat fondu olan yarışın qalibi adını həmyerlimiz Şəhriyar Məmmədyarov qazanıb. Qrossmeysterimiz 192 zəka sahibinin mübarizə apardığı yarışda 14,5 xalla I yeri tutub. O, bununla yanaşı, 10 min avroya da sahib olub.

II yerə ondan 0,5 xal az toplayan Ruslan Ponomaryov (Ukrayna) yiyələnib. İlk “3-lüyü” isə 13,5 xalla Dmitri Andreykin (Rusiya) qapayıb.

Qeyd edək ki, turnirdə iştirak edən digər şahmatçılarımız - Rauf Məmmədov 9-cu, Vasif Durarbəyli 27-ci, Nicat Məmmədov 35-ci, Ülvi Bacarani 112-ci və Gülnar Məmmədova 138-ci pillədə qərarlaşıblar.